İOS və MacOS birləşir və yeni bir dövr başlıyır

 

Apple gələcək illərdə iOS və MacOS platformalarını bir araya gətirmək üçün böyük bir addım atmağı planlaşdırır. Proqramistlər istifadəçilərin  hər iki platformada işləyə biləcəkləri bir proqram tərtib edəcəklər. Bu tətbiqləri proqramçılar iPhone və ya iPad-də sensor  Mac-da isə siçan və trackpad (izləyici) ilə istifadə edilə bilər. Birləşdiriləcək platformaların rəsmi elanının 2018-də Ümumdünya Veb proqramistlərin Konfransında(WWDC) olacağı nəzərdə tutulur. Bu sistemin necə işləyəcəyi hələ bilinmir. Hesablamalara görə MacOS ya iOS-un müəyyən hissələrini təqlid edəcək, ya da proqramçılar  eyni anda iki fərqli proqram üçün kod yazacaq.

Bu sistemi əvvəllər digər şirkətlər də tətbiq ediblər . Microsoft Universal Windows Platform proqramları ilə veb proqramçılar  üçün Windows telefonlar, Xbox HoloLens və Surface Hub-da işləyə biləcək proqramları inkişaf etdirməyə müvəffəq olmuşdur. Google da Android tətbiqlərini Chrome OS-yə gətirərək oxşar bir layihə etmişdi.