Xiaomi ilk Gaming modelini təqdim etdi.

Xiaomi Gaming sahəsində öz yeni model notebook-unu, Martın 27-sində Çində tanıtdı.

Məhşur marka olan Xiaomi, yeni Gaming notebook-u təqdim etdi. Hal-hazırda bazarda Gaming notebook-ları arasında böyük rəqabət var. Acer, Hp, Asus, Razer və başqa markalar daha ucuz qiymətə Gaming notebook-larını təklif edir. Xiaomi-nin təqdim etdiyi Gaming modeli, şirkətin ilk modelidir. Telefon və aksesuar bazarında öz sözünü deyən Xiaomi, Gaming sahəsinə də ilk addımını atdı. Gəlin yeni model Gaming notebook-a baxaq.

Gaming modeldə, GTX 1060 ekran kartı( 6GB VRAM) və 7-ci nəsil İntel prosessorları olacaq. Bu xüsusiyyətlər, bizlərə oyunlarda maksimum əyləncə və həzz almağımıza şərait yaradacaq. Bundan əlavə, notebook-un daha sərin işləməsi üçün 12 Volt-luq sərinlədici pərlər yerləşdirilib. Ekran və çərçivə 81%-lik nisbətə malikdir. Bu isə notebook-un daha gözəl və daha fərah görsənməsinə şərait yaradır. Notebook, 4K ekranlı televizorlara qoşulmaq üçün HDMI 2.0 girişinə malikdir. Həmçinin USB Type-C dəstəyinədə malikdir.

Notebook-un əsas özəllikləri aşağıdakılardır.

15.6 dyüm  (1920x1080) 178 dərəcəyə malik və 300 nit aydınlığa malik ekran.

7-ci nəsil İ5 7300HQ(2.5-3.5 Ghz)  və ya İ7 7700HQ(2.8-3.8 Ghz).

GTX 1050Tİ(4 GB VRAM) və ya GTX 1060 (6 GB VRAM) ekran kartı.

8 GB və ya 16 GB Ram.

1 TB+128 GB SSD və ya 256 Gb SSD.

1 MP HD Web kamera.

RGB(16.8 million rəngli ) klaviatura.

Bluetooth 4.1

 1 HDMI, 4x USB 3.0, 1 Type-C, Ethernet girişi və Yaddaş kartı girişi (SD/SDHC/SDXC)

WIFI 802.11ac 2x2 (2.4 Ghz və 5 Ghz)

55 Wh batareya

Space Grey rəngi sadəcə mövcuddur.

Qiymətlər isə aşağıdakı kimi olacağı iddia edilir.

İntel İ5, 8 GB Ram, GTX 1050Tİ, 128GB SSD+1 TB HDD: 955$

İntel İ5, 8 GB Ram, GTX 1060, 128GB SSD+1 TB HDD: 1115$

İntel İ7, 8 GB Ram, GTX 1060, 128GB SSD+1 TB HDD: 1274$

İntel İ7, 16 GB Ram, GTX 1060, 256GB SSD+1 TB HDD: 1433$