Texnologiya təhsildən çıxır, yoxsa təhsil texnologiyadan?

Güçlü Bestan-ın Digital Age jurnalına verdiyi müsahibədən bir parça

Texnologiyanın irəliləməsi daha yaxşı təhsil almış, öz sahəsində professional olan insanlar sayəsində mümkündür. İnsanların daha yaxşı təhsil alması inkişaf etmiş texnologiyalar olmadan mümkün deyil.

2000-dən sonrakı nəslin - mobil telefonla gününü keçirən, iPad ilə yemək yeyən, araşdırmanı Google, münasibəti Facebook, xatirə saxlamağı İnstagram olaraq görən nəslin təhsilini yalnız kitab-dəftərlə etməyi mümkün deyil. İndiki zamanda insanların marağı və qavrama dairəsinin ən açıq olduğu yer texnologiyadır. Bunu bir təndiq olaraq deyil, aşkarlama kimi qəbul etsək texnologiyanı təhsildə təhdid deyil, fürsət, hətta məcburiyyət olaraq görə bilərik.

Sizə MMA (Mobile Marketing Association) Türkiyə İdarə Heyəti üzvü Güçlü Bestan-ın Digital Age jurnalına bu məsələ barəsində verdiyi müsahibəni təqdim edirik.

Diqqətin dağılmasına qarşı tədbir

Bütün texnoloji alətlərdə olduğu kimi təhsil texnologiyaları da diqqətin dağılmasına çox açıqdır.  İnternet saytlarının ortalama ziyərət müddəti hər səhifədə 15 saniyədən çox deyil. İstifadə zamanı onlarla internet brauzeri, proqram və tətbiq eyni anda açıq olur. İstifadəçi təcrübəsinin tək ekranın çoxlu istifadəsi istiqamətində olmasını nəzərə alaraq dizayn və tətbiq yaradılmalıdır. Təhsildə texnologiyanın ağırlığı artıqca şəxslərin intizamını artıracaq motivasiyada olmağı lazımdır.

Əlçatanlıq yoxsa asanlıq?

İnsanların istehlak alışqanlıqlarına uyğun istehsal edilən təhsil texnologiyaları məlumata asan çata bilinməni təmin edərkən istifadəçi motivasiyası bu əlçatanlığı asanlıq olaraq da qəbul edə bilər. İsifadəçi motivasiyası əlçatanlıq olanda böyük fürsət, asanlıq olanda böyük təhlükə doğuracaq.

Ən yüksək fayda işçilər üçündür

İnsanlar iş həyatlarına atıldıqdan sonra təhsilləri təəssüf ki, işlədikləri qurum və mühit ilə sərhədli qalır. İşdən sonra təhsillə məşğul olmaq, magistr/doktorant olmaq və ya işlədiyi sahə ilə bağlı sertifikat proqramlarına qatılmaq çox az insanın sahib ola bildiyi fürsət olduğu bir halda ağıla gələcək hər sahədə video konfranslara qatılmaq, webinarları izləmək, hər gün 20 dəqiqə xarici dildə canlı telefon danışığı edib dilinizi inkişaf etditə biləcəyiniz tətbiqlərə sahib olmaq hər kəsin çatabiləcəyi bir fürsətdir və hər gün işə getməkdən daha ucuz və az vaxt alandır.
Gələcəyin insan resursları idarəçiləri insanların təhsilini sorğu-sual edərkən öz səyilə təhsil texnologiyasına nə qədər diqqət yetirdiyini, bunun sayəsində özünü nə qədər inkişaf etdirdiyini sorğulamalıdır.

İnsan faktoru

Dünyanın ən yüksək potensiallı, ən sürətli, ən yenilikçi təhsil texnologiyasını inkişaf etdirsəniz də təhsil məzmununu hazırlayan və o təhsili tələb edənin insan olduğunu da yaddan çıxarmamaq lazımdır. Məqsəd cihazların bir-birini öyrətməsi deyil, texnologiyanın köməyilə insanın başqa bir insanı öyrətməsidir. Buna görə də yaradılacaq texnologiyalar mütəxəssislərin köməyilə təhsil verənlər, araşdırmaçılar və sosioloqlar tərəfindən hazırlanmalıdır.