Smartfon istehsalçısı ZTE qlobal fəaliyyətini dayandırdığını açıqladı

Bu ilin aprel ayında ABŞ hökumətinin sanksiyalarından sonra ZTE-nin biznes fəaliyyətindəki mənfi təsirlər şirkətin fəaliyyətini dayandırması ilə nəticələnib.

Çinin ən əhəmiyyətli smartfon istehsalçılarından olan ZTE şirkəti ABŞ-ın sanksiyalarından sonra qlobal fəaliyyətini dayandırıb. Xatırladaq ki, ABŞ 7 il müddətində ZTE-nin və ZTE təchizatı və proqramlarını istifadə edən məhsulların ABŞ-da satışını qadağan etmişdi.

Bu qadağaların səbəbi isə ZTE-nin ABŞ-ın tətbiq etdiyi ticarət qadağalarına əməl etməməsidir. Belə ki, ZTE ABŞ-ın qadağalarına baxmayaraq, İran və Şimali Koreyaya məhsul satışı həyata keçirmişdi.

Çinin ikinci ən böyük smartfon istehsalçısı ZTE Reuters-ə verdiyi açıqlamada ABŞ-ın bu qərarlarından sonra əsas fəaliyyətlərini dayandırdığı xəbərini paylaşıb. Öz məhsullarını hazırlamaq üçün ABŞ-ın Qualcomm və Lumentum şirkətlərinin təchizatlarına ehtiyacı olan şirkətə ABŞ-dan məhsul almaq da qadağan edilib.

IDC araşdırma şirkətinin smartfon analitiki Kirancit Kaur tətbiq edilən sanksiyaların ZTE-nin satışlarına təsir etdiyini və şirkətin sağ qalması üçün yeganə həll yolunun ABŞ-ın bu qərarını qüvvədən düşürməsidir.

Haı-hazırda şirkət ABŞ hökuməti ilə bu məsələni həll etmək üçün danışıqlar aparmaq cəhdləri göstərir. Şirkətin yenidən fəaliyyətə başlayıb-başlamayacağını isə zaman göstərəcək.