Sharp-dan 8K-a sahib 70 düymlük televizor.


Bildiyimiz kimi hal-hazırda bazarda hər cür qiymətə televizorlar var və onların çoxu 4K-nı dəstəkləyir. 4K dəstəkli televizorlar görüntü keyfiyyəti cəhətdən digər televizorlardan fərqlənirlər. Televizor istehsal edən şirkətlərdən biri olan Sharp şirkəti  8K görüntü keyfiyyətini dəstəkləyən televizor təqdim etdi. İlk olaraq bu televizor Çin Yaponiya bazarında satışa təqdim ediləcək.

Yeni modelin adı LV-70X500E-dır və 70 düymə malikdir. Ekran 7680x4320 pikselə sahibdir. Təxmini olaraq qiyməti isə 13000 dollar olacağı deyilir. Televizor HDR xüsusiyyətinə malik deyil. Yalnız Sharp-a aid olan Rich Color dəstəyinə malikdir və bu özəllik bizə böyük rəng aralığı təqdim edir. Televizor  4 HDMI girişinə malikdir. Avropa bazarı və digər regionların bazarları üçün satışa təqdim edilmə vaxtı hələki bilinmir.