Monster 8-ci nəsil prosessorlu 5 yeni modelini təqdim etdi

Türkiyəli oyunçu kompüteri markası Monster Notebook öz yeni və güclü təchizata sahib modellərini təqdim edib.

Türkiyənin oyun kompüteri markası Monster Notebook 13 ildir oyunsevərlər üçün yaratdığı yüksək performans və təsirli dizayna sahib məhsullarına yenilərini əlavə edib.

İstanbuldakı Moda Teras-da keçirdiyi bir tədbirdə oyun və texnologiya mətbuatı ilə görüşən marka iştirakçılara yeni məhsulları və gəlcək planları haqqında məlumatlar verib.

Tədbirdə iki fərqli dizayna sahib 5 model təqdim edildi. Bu modellər fərqli ehtiyaclara cavab verə bilir və şəxsi ehtiyaclar üçün zahiri görünüşü konfiqurasiya etmək mümkündür.

Tədbirdə çıxış edən Monster Notebook-un Korporativ Əlaqələr üzrə Meneceri Kayra Keri Küpçü Monster-in bir türk markası olması səbəbilə yeni məhsulları olan Tulpar və Abra-nın adlarının türk mifologiyasındakı qulyabanıların adlarından götürməyi seçdiklərini bildirdi.

Kayra Keri Küpçü-nün tədbirdəki çıxışı

Təqdim edilən modellərdən Abra A5 V13.1 Intel-in 8.nəsil Core i5-8300H prosessorunu və 4GB GDDR5 NVIDIA GeForce GTX1050 ekran kartını istifadə edir.

Abra A5 V13.2 modelində isə Core i7-8750H prosessoru və 4GB GDDR5 NVIDIA® GeForce GTX1050 ekran kartından istifadə edilib.

Abra seriyalı digər bir  model  yeni nəsil Coffe Lake prosessorlu Abra A5 V13.4-dür. Bu modeldə Core i7-8750H prosessoru və 4GB GDDR5 NVIDIA GeForce GTX1050 Ti ekran kartı mövcuddur.

Digər iki model daha əvvəl görünməmiş incəlik ilə diqqət çəkdi

Abra A5 V14.1 Core i7-8750H prosessorlu və 4GB GDDR5 NVIDIA GeForce GTX1050 Ti ekran kartına sahibdir.

Tulpar T5 V18.1 oyunçu leptopu 2sm qalınlığa  və 2.1 kg ağırlığa sahibidir. Amma yenə də Core i7-8750H prosessorunu və 6GB GDDR5 NVIDIA GeForce GTX1060 ekran kartını özündə birləşdirə bilib.