MSİ GS65 modeli haqqında ətraflı məlumat

MSİ-in bu il təqdim etdiyi bu model öz gözəlliyi ilə hərkəsi heyran edir.

Dünyada 1-ci Thin Bezel ( çox incə çərçivəli ), 144 Hz ekran təzələmə sürətinə və incə dizayna sahib olan ilk model MSİ GS65 modelidir. Şəkildən də göründüyü kimi bu model öz gözəlliyi və qara-qızılı rəngləri ilə adamı heyran edir.

Həmçinin modelin ekran çərçivə isbəti 82% və ekran çərçivələrinin eni 4.9 mm-dir. Ekran 7 ms gecikməyə malikdir. Düzü gecikmə cəhətdən o qədər də ürəkaçan deyil.

Texniki xüsusiyyətlərinə baxdıqda 8-ci nəsil İntel Core İ7 prosessou, GTX 1070 ekran kartı və 2400 MHz-ə malik DDR4 ramlarla bizlərə təklif olunur. MSİ GS65 modeli Hi-Res səs keyfiyyətinə malik DYNAUDİO səs sistemi ilə təchiz edilib. Modeldə SteelSeries RGB rəngləndirməyə sahib klaviatura var.

MSİ GS65 modeli VR dəstəklidir. MSİ GS65 modeli 8 saat batareya tutmuna malikdir. Cooler Boost Trinity sahib olaraq, güclü soyutma sistemi var. Bu isə ən ağır oyunlarda və ya poqramlarda səssiz və sərin işləməyinizə imkan verəcək. Cihazda Shift özəlliyidə var ki bunun vasitəsi ilə istədiyiniz gücdə notebook-dan istifadə edə biləcəksiniz.