Lian Li şirkətindən yeni RGB fan-lar.

Lian Li şirkəti həm PC case-ləri, həmdə RGB fan-lar istehsal edir.

Lian Li şirkəti yeni RGB özəllikli fan-lar təqdim etdi. Bu fan-lar BORA LİTE 120 adlanır. Bu fan-lar istenilən PC-ni çox fərah və gözəl görsədəcək. Fan-lar 12 RGB LED dəstəyinə malikdir. Həmçinin bütün anakartlarla uyumlu nəzarət texnologiyası ilə təchiz olunub bu fan-lar. Fan-ların çərçivə hissələri alminumdan ibarətdir.

Bu fan-lar 1500 RPM sürətində işləyə biləcək və həçminin bu sürətdə belə səssizliyini qoruyacaq. Həmçinin şirkət ASUS Aura Sync, ASRock PolyChrome Sync, Gigabyte-nın RGB FusionMSI-nın Mystic Light üstündə işlədiklərini qeyd ediblər. Bu RGB fan-lar Newegg-də 40 dollara təklif olunur və paketin daxilində 3 ədəd fan var