Hotels.com internet tarixinin ən uzun URL-nu satın aldı

Rezervasiya xidməti veb saytı özünün maraqlı reklam kampaniyası ilə diqqət çəkib.

Əsasən otel rezervasiyası veb saytı kimi istifadə olunan Hotels.com verdiyi digər rezervasiya xidmətlərini diqqətə çatdırmaq üçün maraqlı bir üsula əl atıb: İnternet tarixinin ən uzun URL-nu satın alaraq bütün xidmətlərinin adını bu URL-da yerləşdirib.

CP+B agentliyi tərəfindən yaradılan URL-da sahillərdəki daxmaların, müxtəlif yerlərdəki yataqxanaların, motellərin rezervasiyası kimi xidmətlərin adlarının yazıldığı 2083 simvol mövcuddur.

CP + B-nin Yaradıcı Direktoru Quinn Katherman bu işlə bağlı bunları dedi:

Bu kampaniyadakı mesajımız Hotels.com-un xidmətlərindən hər yerdə istifadə edə bilməyinizlə bağlıdır. Ancaq bu istəyimiz bizim adımızda göstərilmirdi. İnsanların Hotels.com-un otellərdən başqa xidmətləri də təqdim etdiyini bilməsi üçün etməli olduğumuz şey şirkətin adını hər cür yerləşdirmə xidmətini özündə birləşdirəcək şəkildə dəyişdirmək oldu. URL-lar artıq internet təcrübəmizin gözardı edilmiş bir parçasıdır. İnsanların bir URL-nun fərqinə yenidən varmasının ən yaxşı yolu indiyə qədər yayımlanmış ən uzun  URL-na sahib olmaq idi.

Aşağıdakı şəkildə olan link birbaşa Hotels.com-a yönəldir.

Yəqin ki, oxumadınız. Ona görə də yaxşısı budur Hotels.com-un YouTube-dakı reklam videosuna baxın və bu linkdəki sözləri orda eşidin.

Bu maraqlı reklam kampaniyası əlverişsiz bir şeyi bir imkana çevirdi və bu, qəribə olsa da, olduqca təsiredicidir.