HP yeni Gaming seriyasını təqdim etdi.

HP Gaming komyuterlərinin yeni bir səviyyəsini təqdim edir. Bildiyimiz kimi, HP-nin OMEN adlı Gaming seriyası var və olduqca məhşur kompyuterlərdir. Ölkəmidə də HP kompyuterlərinin istifadəçiləri olduqca çoxdur. HP-nin yeni seriyası  Pavilion Gaming-dir. Təqdim etmə mərasimində 2 masaüstü kompyuter və 1 notebook nümaiş etdirilib.

Pavilion Gaming notebook-u 15.6 düym ekrana sahibdir. Qiyməti 799$-dan başlayacaq. En son texnoloji texniki xüsusiyyətləri özündə ehtiva edəcək. Həmçinin Gaming model 8-ci nəsil İntel i5 və ya İ7 prosessorla təchiz olunacaq( və ya H seriyası olacaq). 8 GB Ram  və 1 TB HDD olacaq. Ekran kartı Radeon RX 560X, GTX 1050Tİ və ya GTX 1060 Max-Q olacaq. Gaming notebook 1)1080P 60Hz ekran, 2)1080P 144 Hz ekran, 3) 4K 60Hz ekran seçimində olacaq.

Masaüstü kompyuter isə 2 növdə olacaq 1) 690 modeli , 2) 790 modeli. 690 modeli 549$-dan, 790 modeli isə 749$-dan başlayır. Bundan əlavə isə masaüstü kompyuterlərdə 32 düymlük sorta-HDR ekrana sahib monitor var. Buoan görə sorta adlanır ki, HDR-in başqa növü sayılır. Ekran 2560x1440 və 75Hz təzələmə sürəti var. Həmçinin AMD-nin FreeSync-də xüsusiyyətinidə dəstəkləyir. Bu monitorlar 449$-dan satışa təqdim ediləcək. Yeni Gaming seriyası May və İyun ayından etibarən satışa təqdim ediləcək.