HP daşına bilən şarj xüsusiyyətli çanta istehsal etdi!

HP-nin yeni kürək çantası içərisində daşına bilən şarj cihazıyla gəlir. Beləliklə əlavə bir cihaza ehtiyac qalmadan çantadan birbaşa kompüterinizi şarj edə biləcəksiniz! Kompyuter bazarındakı əhəmiyyətli istehsalçılardan biri olan Hewlett Packard (HP) xüsusilə tez-tez səfərdə olan iş adamlarının kompyuter və telefonlarının enerji ehtiyacını aradan qaldıracaq bir məhsul tanıtdı.


HP-nin yeni məhsulu əslində bir kürək çantasıdır, ancaq, standart kürək çantalarından daha fərqlidir. HP-nin yeni tanıtdığı bu kürək çantasının içərisində 22,400mAh tutumlu bir daşına bilən adapter yerləşir. Yəni bu çantayla ayrı bir daşına bilən şarj cihazına ehtiyac duymadan notebook ya da smartfonunuzu şarj edə bilərsiniz. Dizayn baxımından qəşəng görsənən və kompüterdən əlavə bir çox əşyanızı da sığdıra biləcəyiniz HP-nin yeni çantası çox praktik və rahatdır. HP-nin bu yeni praktik və rahat kürək çantasının qiyməti isə 200 dollardır. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .