Apple-dan ayrıldılar , həyatları dəyişdi !

Bir zamanlar Apple üçün çalışan bu 6 şəxs firmadan ayrıldıqdan sonra bacardıqları işlərlə daha fərqli layihələrə imza atdılar .


Steve Jobs, Tim Cook və Jony Ive kimi şəxsləri tanısaq da , bu adlar Apple-ın bir-birindən müdhiş məhsullarının tək yaradıcıları deyil. Apple-ın geniş komandası çox xatırlanmasa da, dizayn, inkişaf etdirmə və digər proseslərdə ən az bu adlar qədər əziyyəti keçmiş şəxslər vardır .

Ancaq böyük işlər görmək üçün məhz Apple kimi böyük şirkətdə çalışmaq şərt deyil. Aşağıda uzun zaman Apple-da çalışmış, ancaq firmadan ayrılaraq sərbəst halda böyük layihələrə imza atmış 5 şəxs haqqında danışacağıq .

1. Android - Andy Rubin: Rubin 2005-ci ildə Google-a qatılmazdan əvvəl Apple-da istehsalat mühəndisi olaraq çalışırdı. Bir müddət Androidin liderliyini edən Rubin hazırda Essential Phone ilə öz işinin başındadır.
Apple-dan ayrıldılar , həyatları dəyişdi !


2. Nest - Tony Fadell: iPod layihəsi üzərində ciddi işləri olan Tony Fadell-ın Apple-ın iconic musiqi cihazı üzərində böyük əməyi vardır . Fadell Apple-dan 2008-ci ildə ayrılmış və iki il sonra Nest-i qurmuşdur. Fadell firmanı 2014-cü ilin yanvarında 3.2 milyard dollara Google-a satıb .
Apple-dan ayrıldılar , həyatları dəyişdi !


3. EA - Trip Hawkins: Hawkins 1982-ci ildə Apple-dakı strategiya və marketinq direktorluğu vəzifəsini buraxaraq Electronic Arts-ı qurdu. EA bu gün dünyanın ən böyük oyun qurucularından biridir .
Apple-dan ayrıldılar , həyatları dəyişdi !


4. Flipboard - Evan Doll: 2003 - 2009 arasında Apple-da proqram mühəndisi kimi çalışan Doll Apple-dan ayrılaraq sosial şəbəkələri birləşdirən Flipboard-un qurucularından biri oldu.
Apple-dan ayrıldılar , həyatları dəyişdi !


5.LinkedIn - Reid Hoffman: 1994 və 1996-cı illər arasında Apple-ın online xidmət sistemində çalışan Hoffman 2002-ci ildə Linkedini qurdu. Platformanın hazırda 400 milyondan çox aktiv istifadəçisi var.
Apple-dan ayrıldılar , həyatları dəyişdi !