Acer-dən 2 yeni Gaming monitor. VG0 və RG0

Acer 2018-ci ilin may-iyun aylarında yeni 3 monitor təqdim edib. Acer X27, VG0 və RG0.

Acer yeni Nitro Gaming monitorları təqdim etdi. Nitro VG0 və RG0 adlanan 2 model öz texniki xüsusiyyətləri və qiymətləri ilə oyunçular üçün ən sərfəli Gaming monitorlardan olacaq. Modellərin texniki xüsusiyyətləri aşağıdakı kimidir.

VG0 modeli.

İPS panel təchiz olunann bu model, 1 ms Visual Response Boost ( VRB ) gecikmə və 144 Hz ekran təzələmə sürətinə malikdir. Həmçinin modelin 4K UHD, WQHD  və Full HD növləri var. Ekranın düym ölçüsü 27, 23.8 21.5 seçimlərdə olacaq. Həmçinin hər iki model AMD FreeSync-ı dəstəkləyir.

RG0 modeli.

Bu modeldə 1080p görütü keyfiyyəti və 75 Hz ekran təzələmə sürətinə malikdir. Bu monitor əsasən konsol istifadə edənlər üçün əlverişlidir. İPS paneldir bu modeldə. Hər iki modeldə HDMİ, VGA DisplayPort girişləri var. Əlavə olaraq 2W stereo səs sisteminə malikdirlər. Çox incə, yəni 7 mm-lik ekran çərçivəsinə sahibdir. Ekran düymləri 27 və 23.8 olacaq.

Qiymət baxımından hər iki model ucuzdur. VG0 modeli iyun ayından etibarən Amerikada satışa təqdim ediləcək. Qiyməti 129 dollardan başlıyacaq. RG0 modeli isə iyul ayından Amerikada satışa təqdim ediləcək. Qiyməti 169 dollardan başlıyacaq.