"Zeytun Budağı" əməliyyatının mobil oyunu çıxdı!

Türkiyəli universitet tələbələrinin yaratdığı Afrindəki əməliyyat mövzulu RPG janrlı oyun böyük marağa səbəb olub.

Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi "Zeytun Budağı" əməliyyatının bir neçə universitet tələbəsi tərəfindən mobil oyunu yaradılıb.

Necmettin Erbakan Universitetinin Mühəndislik fakültəsinin Kompüter Mühəndisliyi ixtisası üzrə təhsil alan Ahmet Küçük Zekeriya Akgül adlı iki tələbə "Zeytun Budağı" əməliyyatının Afrin SİHA - Opr. Zeytin Dalı adlı mobil oyununu yaradıblar.

Zekeriya Akgül - Eren Akgül - Ahmet Küçük

Həqiqi xəritə ilə oynanılan oyun Bülbül, Şeran, Mabatlı, Cinderes və Afrin olmaqla 5 bölümdən ibarətdir. Oyunda türk əsgərlərinin  pilotsuz uçuş aparatı (SİHA) vasitəsilə Afrindəki kəndləri terrorsitlərdən qorumaq, PKK/PYD terrorçularının silahlı dəstələrinin vurulması kimi tapşırıqlar yerinə yetirilir.

Oyunun daxilində PKK lideri Abdullah Öcalan-ın 53 metrlik beton abidəsinin pilotsuz uçuş aparatı tərəfindən bombalanması və SİHA-nın məhv etdiyi bir çox digər hədəflərin vurulduğu anların, eləcə də bütün bölümlər uğurla tamamlandıqdan sonra türk əsgərinin Afrində bayraq asdığı real görüntülər də mövcuddur.

Həm iOS, həm də Android sistemli mobil cihazlarda pulsuz olaraq oynanıla bilinən oyuna yaxın zamanda digər hərbi əməliyyat keçirilən Münbiç bölgəsinin də xəritəsinin əlavə ediləcəyi açıqlanıb.

Oyunun Android versiyasını Google Play Store-dan, iOS versiyasını isə iTunes ilə pulsuz olaraq yükləyib, oynaya bilərsiniz.