Ölkəmizdə İKT üzrə yeni "Təlim Mərkəzi" fəaliyyətə başlayıb - Matrix Training Center

Daha bir "Təlim Mərkəzi" İKT üzrə bacarıqlar əldə etmək istəyən gənclərə təlim keçməyə hazırdır.

Son illərdə texnologiyaların sürətli inkişafı ənənəvi peşə sahələrindən seçilən proqramlaşdırma və bu kimi digər sahələrə marağı artırıb. Azərbaycanda da bu sahələrin inkişafına kifayət qədər şərait və imkanlar var. Belə ki, ölkəmizdə əksər universitetlərdə və digər tədris mərkəzlərində sözügedən peşələrin mütəxəssisinə çevriləcək qədər təhsil ala bilərsiniz. 

Ölkəmizdə İKT üzrə yeni "Təlim Mərkəzi" - Matrix Training Center fəaliyyətə başlayıb. Yeni qurulan təlim mərkəzi bu sahədə peşəkar təlimlər verməklə gənlər arasında bu sahəni populyarlaşdırmaq niyyətindədir. Bu parlaq layihənin qurucuları gənc proqramçılar Hilal Həsənli və Nigar Hacıbabayevadır

İndi isə "Matrix Trainig Center" ilə olan müsahibəmizə nəzər salaq:

- Nigar xanım, Matrix haqqında Texnologiya.az-a nə deyə bilərsiniz?

"Matrix maksimum qısa və effektiv şəkildə İKT üzrə təlimlər tədris olunmasını təmin edən mərkəzdir. Məqsədimiz gənclərə İKT üzrə (proqramlaşdırma, verilənlər bazası və s. ) bacarıqları mənimsətməklə yanaşı, həm də əsl proqramçı olmaq üçün lazım olan motivasiya və həvəsi verməkdir. Komandamızda kişi təlimçilərlə yanaşı qadın təlimçilər də proqramlaşdırmanın tədris edilməsində yaxından iştirak edir. Qeyd etmək istərdik ki, Matrix Training Center təlimçilərinin 70%-ni proqramçı qadınlar təşkil edən Azərbaycanda fəaliyyət göstərən ilk təlim mərkəzidir. Kurslar beynəlxalq sertifikatlı təlimçilər tərəfindən tədris edilir."

- Nəyə görə "Matrix" adı?

- "Matrix" adını seçməkdə məqsədimiz bu adın proqramlaşdırmada olan terminlərdən biri olması ilə yanaşı hindi dilində əsas mənasının "inkişaf edən mühit" olmasıdır."

- Seçimlərdə hansı keyfiyyətlərə üstünlük verirsiniz?

- "Təlimlərdə iştirak üçün müraciət edən şəxslərdə üstünlük verdiyimiz əsas xüsusiyyət həqiqətən İKT sahəsini sevməsi inkişafa meyilli olmasıdır. Komandamız həm də, təlimlərdə iştirak edən gənclərdən kurs ərzində fəaliyyəti ilə digərlərindən fərqlənən tələbələrin təcrübəçi və ya işçi olaraq müxtəlif şirkətlərə yönləndirilməsi üçün çalışır."

- Matrix-də təlim keçən gəclərimizə nə vəd edirsiniz?

- "Hal-hazırda bizimlə partnyor olan bir neçə startap şirkət mövcuddur. Hansı ki, biz də çalışqan və motivasiyalı, daim öz üzərində çalışan gəncləri həmin startaplara yönləndirməyə fokuslanmışıq. Artıq məzunlarımızdan bəzilərini təcrübəçi, işçi kimi yönləndirməyi də bacarmışıq."

- Matrix haqqında sonda deyəcəkləriniz?

- "Biz - Matrix komandası işimizi sevərək, ürəyimizi qoyaraq, böyük tutqu ilə görürük. Məqsədimiz Azərbaycanda proqramçıların sayını artırmaq və gənclərin inkişaf etməsini təmin etməkdir."