iPhone7 ilə gələcək olan qulaqcığın video görüntüsü sızdırıldı!

3.5mm-lik qulaqcıq girişi olmayan iPhone7-nin necə bir qulaqcıqla gələcəyi maraq doğururdu. Cihazla birlikdə gələcək yeni Apple EarPod-un videosu yayımlandı! Apple-ın bu il tanıdacağı yeni smartfonu olan iPhone7 ilə əlaqədar sızıntılar uzun müddətdir gəlməyə davam edir, ancaq, cihaz haqqındakı ilk sızıntı cihazın 3.5mm jack (qulaqcıq) girişi olmayacağını göstərirdi. Daha sonra iPhone7-də qulaqcıq girişi olmayacağı sızdırılan digər məlumatlarla da təsdiqlənirdi. Bu isə cihazın necə bir qulaqcıqla gələcəyi haqqında hər kəsdə maraq yaradırdı. iPhone7-nin kabelsiz qulaqcıqla ya da Lightning çıxışına sahib kabelli bir qulaqcıqla gələcəyindən bəhs edilərkən Apple-ın həm kabelsiz, həm də kabelli yeni qulaqcığı sızdırılmışdı. Son olaraq isə iPhone7 ilə gələcək qulaqcığın Lightning kabelli olacağını göstərən video ortaya çıxdı.


Hal-hazırda paylaşılan informasiyalar iPhone7-nin Lightning kabelli qulaqcıqla birlikdə qutudan çıxacağını, ancaq, telefonu həm şarj edib, həm də qulaqcıq taxmaq istəyən istifadəçilər üçün (və ya kabelsiz qulaqcıq istəməyənlər üçün) Apple-ın AirPod adında kabelsiz qulaqcığını da satışa çıxaracağını göstərir. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .