Apple-ın sentyabr ayında iPhone Xs və Xs Max ilə birlikdə tanıtdığı iPhone XR modeli digərlərinə görə daha gec satışa çıxdı. Ailənin kiçik üzvünün ilk həftədəki satış rəqəmləri (rəsmi olmasa da) az-çox bəlli olub.
Digər modellərə nisbətən gec satışa çıxmasının səbəbi kimi "iPhone Xs və iPhone Xs Max modellərinin daha çox satılmasını təmin etmək" göstərilən bu yeni model satışa çıxdığı ilk həftədə 9 milyon ədəd satılıb. Onu da qeyd edək ki, bu rəqəmlər rəsmi Apple açıqlaması deyil. Rosenblatt Securities-də işləyən analitik Jun Zhang-in açıqladığı statistikalara görə iPhone XR gözlənilən satış rəqəmlərinə yaxın nəticə göstərib. Belə ki, Zhang daha əvvəl etdiyi açıqlamada modelin ilk həftədə 10 milyon, noyabr və dekabr aylarında ümumilikdə isə 90 milyon ədəd satılacağını təxmin etdiyini demişdi.
Yenə Zhang-a görə Apple bu ilin sonuna qədər satış rekordu qıracaq. Bunun ən əsas səbəbi isə smartfonların əvvəlki modellərə nisbətən daha bahalı olmasıdır. Son illərdə gəlirlərini artırmaq üçün yüksək qiymətli smartfonlar istehsal edən Apple şirkəti artıq bu taktikanın "barını yeyə bilir" kimi görünür. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl iPhone texnologiya sahəsində 1 trilyon dollar dəyərə çatan ilk firma olmuşdu.