iPhone SE2 modeli haqqında yeni məlumatlar var.

Bilirik ki , Apple şirkəti kiçik model seveənlər üçün iPhone 5/5S seriyasını davam etdirərək SE modelini təqdim etmişdi. Deyilənlərə görə May ayında isə Apple SE2 modelini təqdim edəcək. Uzun müddətdir Apple-in SE2 modeinin üstündə işlədiyi deyilir. Avrasiya İqtisadi Komissyasına göndərilən bir məlumatda kitabçasında  11 dənə fərqli iPhone modeli kodu var. Bu kodlarında heçbiri bazardakı iPhone modelinə aid deyil. Avrasiya İqtisadi Komissyasına göndərilən bu məlumatlar və buna  əsaslanan telefon modeli texmini olaraq  1 aydan sonra  təqdim edilir. Bu isə SE2 modelinin may və ya iyun ayında təqdim ediləcəyini göstərir. Texniki xüsusiyyətləri A10 Fusion prosessoru, 2GB ram, 128 GB yaddaş, 12 MP kamera və 1700 mAh batareya. Həmçinin cihazın simsiz enerjini dəstəkləyəcəyi deyilir. SE2 modeli haqqında olan bu xəbərlərin doğru olacağı hələ dəqiq deyil.