iPhone 7 üçün bir gün əvvəldən növbədə dayanan Amerikalılara mağazanın qapısını Tim Cook açdı.
ABŞ-ın Kaliforniya əyaləti Palo Alto şəhərindəki Apple mağazası qarşısında bir gün əvvəldən növbədə dayanan Amerikalılara bu gün yerli saat ilə 08.00 - da qapıları Applenin CEO-su Tim Cook açdı.
25 saatdan çox Gözlədim
Apple mağazası qarşısında birgün əvvəldən növbədə dayanan Amerikalılar iPhone 7 almaq üçün 25 saatdan çox növbədə gözlədilər .
Uzun növbələr yarandı
Palo Alto şəhərindəki Apple mağazasından iPhone 7 ala bilmək üçün yüzlərlə adam uzun növbə meydana gətirdi. Mağazanın qapıları bütün işçilər və müdirləri Tim Cookun alqışları ilə müştərilərə açıldı.
05.30-da mağaza qarşısında ilk növbədə dayananlardan Tammy Do "iPhone 7 almaq üçün 25 saatdan çox növbədə gözlədim" dedi.
Sıranın ən başında olan olan David Ethan isə "25 saatdır buradayam. IPhone 7 Plus üçün gəlmişdim amma hələ mağazada satışı olmadığını öyrəndim. Yenə də ala bilmə ümidiylə gözləyirəm." sözlərini dedi .
İphone silsilələrindən görməyə vərdiş etdiyimiz boz və qara tonlu rəng variantının yanında jet black'-i də (qapqara) əlavə edən firma itən antena xəttləriylə birlikdə istifadəçilərə fərqli bir vizual təcrübə yaşatmağı hədəfləyir.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .