Apple iPhone 7 ilə birlikdə bu dəfə daha 2 fərqli iPhone modelini tanıda bilər !
Apple hər il tək bir iPhone modeli tanıtma ənənəsini ilk dəfə iPhone 5S və 5C-i birlikdə tanıtdığı gecə pozmuşdu. Daha sonra iPhone 6 ilə birlikdə iPhone 6 Plus, iPhone 6S ilə birlikdə iPhone 6S Plus tanıdıldı .
Texnologiya.az xarici mətbuata istinadən bildirir ki şirkət iPhone 7də iki fərqli modellə də kifayətlənməyəcək. Blog saytı Mobipicker'in paylaşdığı bir ekran görünüşü bu dəfə 3 yeni modelin ortaya çıxa biləcəyini söyləyir. iPhone 7 və iPhone 7 Plus'ın yanında Apple iPhone 7 Pro və ya iPhone 7 Plus Premium adlı üçüncü bir modeli də təqdim edəcək. Naməlum qaynaqlara əsaslanan iddiaya görə Apple hər 3 model üçün də istehsal planını tamamlamış vəziyyətdədir. Istehsalın Pegatron və Foxconn tərəfindən ediləcəyi artıq bir sirr deyil. Üç fərqli iPhone-un eyni anda bazara çıxarılıb çıxarılmayacağını , çıxarılarsa necə bir reaksiya veriləcəyini qəti olaraq müəyyənləşdirmək isə hələlik olduqca çətindir.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .