Alarmy səhər həm sizi əsəbləşdirəcək , həm də mütləq oyanmanızı təmin edəcək bir Android tətbiqidir. Tətbiqin ödənişli və ödənişsiz versiyaları mövcuddur . Belə ki ,fəaliyyətinə uyğun olaraq da şüarı sadəcə belədir : "Yata bilirsənsə yat!"
Alarmy digər zəngli saatlardan tamamilə fərqli və təsirlidir. Ilk olaraq tətbiqi ödənişsiz olaraq yükləyərək Android cihazınızda qurmalısınız. Daha sonra tətbiqi açaraq eviniz içərsində bir otağı yaddaşa qeyd etməlisiniz. Qeyd etiyiniz yer olduqca vacibdir.Çünki tətbiq ilə qurduğunuz alarmlar çalmağa başlayanda qeyd etmiş olduğunuz otaği görüntüləməmiş susmur.
Ayrıca sadəcə otaq deyil eyni zamanda otağın içərisində bir əşyanın şəklini çəkərək yaddaşa qeyd etməlisiniz. Alarm çaldığında yalnızca əşyanın şəklini çəkməklə onu dayandıra bilərsiniz. Tətbiqi Android mobil cihazlarında yükləyərək ödənişli və ya ödənişsiz versiyalarından istifadə edə bilərsiniz.