Yeni proqram paketi bəzi cihazları istifadə edilməz hala gətirdi !

IOS 9.3.2 yeniləməsindəki bir səhv bəzi istifadəçilərin ciddi narahatçılığına səbəb oldu. Apple dəstək forumları və digər internet formlarında geniş yer tapan problemlərdə bəzi 9.7 düymlük iPad Pro'ların yeniləndikdən sonra iTunes'a bağlanması lazım olduğunu göstərən Xəta 56 xəbərdarlığını verdiyi əks olunur . Xəta 56 nəticəsində bəzi iPad Pro'lar istifadə edilməz hala gəlmişdir . iTunes'a bağlandıqda isə problemin həlli üçün heç bir bərpa və ya digər geri yükləmək üçün proqramın yüklənməməsi problemi daha də qəlizləşdirmişdir. Bu problemə görə 9.7 düymlük iPad Pro sahiblərinin iOS 9.3.2 yeniləməsini yükləməməsi istiqamətində xəbərdarlıqlar edildi. Hal-hazırda Apple iPad Pro üçün (9.7 düymlük model üçün) 9.3.2 yeniləməsini də geri çəkdi. Proqram paketinin geri çəkilməsi ilk olaraq MacRumors forumlarında bildirildi. Mövzuyla əlaqədar danışan bir Apple spikeri problemlə əlaqədar xəbərlərinin olduğunu qəbul etdi. Önümüzdəki günlərdə yenilənmiş iOS 9.3.2 yenilənməsi göndərilə bilər .Qeyd edək ki iOS 9.3-də də bəzi problemlər yaşanmışdı. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .