Kompüter standartlarından məsul şirkət olan JEDEC-in açıqlamasına görə yeni nəsil RAM olan DDR5 satışa çıxanda hal-hazırda satışda olan DDR4 RAM-dan 2 dəfə sürətli olacaqdır. JEDEC 2018-ci ildə DDR5 standartları üzərindəki işlərini yekunlaşdıracaq. Həmçinin açıqlamada qeyd olunur ki, təkmilləşdirilmiş sistemlə daha yüksək sürət və məhsuldarlığın artırılması ilə daha böyük güc axışı əldə olunacaq. Bu standartın gələn il tamamilə rəsmi hala gəlməsinə baxmayaraq DDR5 2020-ci ildən tez istehsal edilməyəcək.
Mövcud standart olan DDR4 2012-ci ildə tamamlansa da 2015-ci ilə qədər istifadəyə verilməmişdi. Ümid edirik bu dəfə daha qısa müddətdə DDR5 sürətini dada biləcəyik.