Yeni Gorilla Glass 6 təqdim edildi. Bu dəfəki şüşələr düşməyə qarşı daha dözümlü olacaq.

Ağıllı telefonlarda istehsal edilən Gorilla Glass şüşələrinin yeni bir versiyası təqdim edildi. Gorilla Glass 6 adlanacaq bu model əvvəlkilərdən daha dözümlü, daha dayanıqlı olacaq. Gorilla Glass 6-nın yerə düşməyə qarşı daha da təkmilləşdirildiyi qeyd edilib. Şirkət Gorilla Glass 6-nın 1 metrdən  15 dəfəyə qədər yerə düşməyə davamlı olduğunu deyir. Gorilla Glass 5-də isə bu göstəricinin yarısı qədər olduğu ifadə edilir. Yeni şüşələr yaxın zamanda bazara çıxacaq və yeni ağıllı telefonlarda istifadə ediləcək.