Yaponiyada baş verən təbii fəlakətlər texnoloji şirkətlərin istehsalına təsir edib.
Texnologiya.az “Technews.az”-a istinadən bildirir ki, şirkətlər istehsalı dayandırıblar.
Bu haqda Reuters resursu məlumat yayıb. Yaponiyada baş verən zəlzələdən xüsusilə ölkənin ən böyük texnoloji şirkətlərindən olan “Sony” də təsirlənib. Şirkət baş verən 6,5 və 7,3 ballıq zəlzələdən sonra Kumamato və Nagasaki şəhərlərində yerləşən fabriklərdə smarton istehsalını dayandırıb. Bu fabriklərdə Apple şirkəti iPhone telefonları üçün “Sony CMOS” kameralarını istehsal edirdi.
Bu şirkətlər artıq aprel ayının 18-dən başlayaraq fəaliyyətini dayandıracaq. Bu hadisə isə “Sony” şirkətinin zərər görməsinə səbəb olacaq. Eyni zamanda Honda, Mitsubishi, Nissan və Toyota kimi avtomobil isteh edən şirkətlərin fəaliyyətinə son qoyula bilər.