Sony şirkəti daim olaraq istehsal etdiyi bütün telefonlarda son 2-3 ildə təxmini olaraq eyni dizayndan istifadə etmişdir. Bunu şirkətin istehsal etdiyi telefonlara baxaraq müşahidə edə bilərsiniz. Lakin gələcək ay təqdim ediləcək telefonda isə ekranın çərçivə nisbətinin digər telefon modellərinə nisbətən incəldildiyini görə bilərik. Gələn ay təqdim ediləcək telefon modelinin adı Xperia Ultimate adlandırılacağı düşünülür.
Yuxarıda qeyd etdiyimiz kimi ekran çərçivə nisbəti xeyli dərəcədə incəldildiyi görülür. Ekran 16:9 formatında və 81% ekran çərçivə nisbətidə olacaq. Ümumi ekran isə 5.7 dyüm olacağı və 4K HDR dəstəkləyəcəyi gözlənilir.
Xperia Ultimate aşağıdakı xüsusiyyətlərə malik olacaq:
5.7 dyüm 4K HDR ekran
Qualcomm Snapdragon 845
Ram 6 GB/Yaddaş 128 GB
HDR dəstəyinə malik olan kamera,həmçinin F2.0-F1.7 diafraqma sahib cüt 19 və 12 Megapiksel olacaq.Həmdə bu kamera xüsusi bir şəkildə ağır çəkim xüsusiyyətini bizlərə təqdim edə biləcək
3800 mAh batareya
QC4.0+ sürətli enerji yığmağı dəstəkləyəcək
Yeni model Xperia Ultimate digər markalardan fərqli olaraq xüsusi bir yenilik gətirəcəyinidə demişdir. Bizə sadəcə Fevral ayının sonlarını gözləmək qalır ki, telefonlarla bağlı yeniliklərlə tanış olaq.