Xiaomi şirkəti orta sinfi əhatə edən yeni modelini təqdim etdi.Bu model Note 5 Pro və Note 5 adlanacaq.Yeni model digər modellərə nisbətən daha təkmilləşdirilmişdir.Digər modellərdən fərqlənən model isə Note 5 Pro-dur.Çünki bu model İphone X oxşayır.Həmçinin bu modellər Snapdragon 636 prosessoru ilə təchiz edilib.Prosessor 1.8GHz Kryo 260-dan güc alacaq.Qrafik cəhətdən isə Adreno 509 tərəfindən dəstək alacaq.Bu yeni modelləri daha da güclü edəcək.
Arxada yerləşən cüt kamera bu modelın daha çox alınmasına səbəb olacağı güman edilir.Çünki bu model İphone X çox bənzəyir. Əsas kamera 12MP f/2.2 və 5 MP f/2.0 kimi özəllikləri əks etdirir.Həmçinin kamera, 1080p 30fps video keyfiyyətini dəstəkləyir.Ön kamera isə 20 MP f/2.0 dəyərlərinə malikdir.Ön kamerada 1080p keyfiyyətində video çəkə bilir.
Xiaomi Note 5 Pro 77.4% ekran çərçivə nisbətinə malikdir.Həmçinin bu model 5.99 dyüm ekranla gələcək.Ekran 403 ppi piksel sıxlığını və 1080x2160 görüntünü dəstəkləyir.Ekran LCD İPS panel ilə gələcək.
Yaddaş baxımından isə 4/6 GB Ram və 64 GB yaddaş,3/32 Gb kimi 4 seçimlə təqdim ediləcək.Batareya 4000 mAh 5V/2A güc ilə sürətli enerji yığmağı dəstəkləyəcək.Bluetooth 4.2 və WIFI 802.11 olacaq.
Həmçinin yazdığımız bu məlmuatların çoxu Note 5 ilə eynidir.
Qiymətin isə təxmini olaraq aşağıdakı kimi olacağı gözlənilir.
Note 5 Pro Note 5
4/64-220$ 4/64-180$
6/64- 280$ 3\32-150$