Xiaomi Mi 7 üz tanıma texnologiyasına keçid edəcək ən yaxın android smartfon ola bilər. MyDrivers məlumatına görə Xiaomi Apple kimi barmaq izi sensorunu çıxaracaq və onu üz tanıma texnologiyası ilə əvəz edəcək.
Bildiyimiz kimi dekabrda Qualcomm tərəfindən Snapdragon 845 prosessoru haqqında ilk məlumatlar verildi və nümunə olaraq bəzi funksiyalarını təqdim etdi.Xiaomi Mi7, Galaxy S9 və LG G7 kimi modellər də Snapdragon 845 ilə istehsal olunacaq telefonların ilk pilləsində durur. Bundan başqa Xiaomi yeni ağıllı telefonlarını barmaq izi sensoru texnologiyası ilə tanıtmaq istəmir. Bunun səbəbi şirkətin 3D face-reading texnologiyasından istifadə etmək istəməsidir.
Üz tanıma texnologiyasına keçməklə Xiaomi düzgün qərar verirmi?
Bildiyimiz kimi, dərinliyi ölçmək üçün istifadə edilən infraqırmızı işıq xüsusiyyətinə malik ilk 3D kamera modulu İphone X modelindədir.
Əvvəllər Android əməliyyat sistemi üz tanıma texnologiyasını tətbiq edirdi ancaq Apple kimi təkmilləşdirilmiş bir üz tanıma texnologiyasına malik deyildi.Hal-hazırda telefon şirkətləri rəqabət baxımından bu kimi yenilikləri daha çox istifadə etməyə çalışırlar.Bu kimi yeniliklər 2018 ci ildə nümaiş etdiriləcək.2018 ci il bizim üçün texnologiya baxımından yenilikləri ilə heyran qoyacaq.Bizə sadəcə yeniliklərin təqdim edilməsini gözləmək qalır.