Ötən günlərdə “Google” Windows 10-un açığını tapmışdı. Windows 10 bu açıqla 8 noyabr tarixinə qədər xakerlər tərəfindən hücuma məruz qala bilər!
Ötən günlərdə çıxan "Google Windows 10-un açığını kəşf etdi" xəbərinin ardından Microsoftun rəhbəri bloq vasitəsilə bu açıqlarını təsdiqləmişdi. The Wall Street Journal-ın xəbərinə əsasən bəzi rus xakerlər Windows 10-a Adobe Flash Player üzərindən hücum etmiş və ABŞ-da yaşayan insanların məlumatlarını əldə etmişdi. Bunun ardınca Microsoft bu açığı mümkün qədər qısa bir müddətdə bağlamaq məqsədi ilə işlərə başlayacaqlarını, 8 noyabr tarixində gələcək yeniləmə ilə bu açığın bağlanılacağını bildirdi.
Google-ın Adobe üzərindəki açığı Microsoft-a bildirməsinin ardından Terry Myerson bunu bloqda təsdiqlədi və gərəkli əməliyyatlara başladı. Yeniləmə 8 noyabrda gələcəyi üçün xakerlər 6 gün boyunca bu açıqdan istifadə edib hücumlarına davam edə bilərlər.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .