Xaker klaviaturası!

Yaşadığımız kiber dövrünü hal-hazırda ən yaxşı şəkildə şərh edən seriallardan biri olan Mr.Robot AnonymouSmst adlı Hackaday istifadəçisinə də ilham qaynağı olub. Serialın təsiri ilə istifadəçi özünə klaviatura deməyin haqsızlıq olduğu birdən çox funksiyası olan bir xaker klaviaturası hazırlayıb.


DIY(do it yourself/öz-özünə et) kateqoriyasından olan bu klaviatura uzun müddət kompüter başında olan biri üçün daha çox assistent vəzifəsini yerinə yetirir. Məsələn, sosial şəbəkədə çox çox zaman keçirirsinizsə klaviatura bunu anlayaraq brauzerinizi bağlaya bilir və ya düymələrə toxunmadan şifrənizi veb səhifələrinə yaza bilir.


Cherry MX Blue mexaniki düymələr, MicroSD girişi, 128x32 piksel OLED ekranından siçan yerinə istifadə edə biləcəyimiz analoq düymələrinə qədər min bir növ xüsusiyyəti olan klaviatura hələlik layihə mərhələsindədir. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .