Bildiyimiz kimi sizlərə Xiaomi-nin iyun ayının 25-də yeni cihazlarını tədqim edəcəyini demişdik. Xiaomi-nin təqdim edəcəyi cihazlardan biri olan Xiaomi Mi Pad 4-ün yeni şəkilləri yayılıb. Mi Pad, Mi Pad 2, Mi Pad 3-dən daha incə çərçivələrə sahibdir. Nisbətən Thin Bezels sayıla bilər. Mi logosu qabaq paneldən götürülüb. Qualqcıq girişi yuxarı hissədə yerləşdirilib. Kamera sensoru digər modellərə nisbətən indi daha böyükdür. Modelin texniki xüsusiyyətlərini əvvəlki xəbərə baxaraq məlumatlana bilərsiz.