Wikipedia-nın bu yeniliyi ilə məqalə oxumaq daha asan olacaq

Daha az məzmun, daha çox informasiya.

Wikipedia yaxın günlərdə faydalı bir yenilik etdi. Yeni səhifə önizləməsi xüsusiyyəti ilə artıq vaxtımıza qənaət edə biləcəyik.

Wikimedia Foundation bu yeniliyə “son illərdə Vikipedianın kompüter versiyasında edilən ən böyük dəyişiklik” deyərək, oxuyuculara linkdəki məqaləni kiçik konteksdə izləmək üçün açılan pəncərə xüsusiyyətini təqdim edib.

Hər hansısa Wikipedia səhifəsini oxuyarkən özümüz də anlamadan bizə lazım olmayan artıq informasiyalar olan səhifələrə daxil ola bilirik. Bu informasiya kəşfi bəzən əyləncəli və məlumatlandırıcı bir proses olsa da, bizə faydası yoxdursa, sadəcə diqqətimizi yayındıran bir işə çevrilir.

Səhifə önizləməsi yeniliyi kursoru linkin üzərinə gətirdiyiniz zaman bir şəkil və bir neçə cümlədən ibarət cümlə ilə məqalə haqqında məlumat verən pəncərə sayəsində linkə daxil olub-olmamaq qərarını verməyimizə kömək edir. Açılan pəncərəni basmaqla məqaləni tam formada oxumaq mümkündür.

Məqalənin qısaldılmış formasını bu şəkildə oxuya bilərik

Wikimedia A/B test üsulundan istifadə etməklə istifadəçilərin bu xüsusiyyəti görmək istədiklərini öyrəndikdən sonra bu yeniliyi həyata keçirib. Artıq Wikipedianın veb və Android tətbiq versiyalarında mövcud olan bu yeniliyin yaxın zamanda iOS və mobil veb versiyalarına tətbiq ediləcəyi açıqlanıb

Hər bir oxuyucu saytı gəzərkən daha çox səhifənin məzmunu ilə tanış olur. Bu hal səhifələrin oxunmasını azaltsa da, istifadəçilər daha az səhifədə olmaqla daha çox məlumat əldə edə bilirlər.

Olga Vasileva / Məhsul Meneceri, Wikimedia Foundation