WhatsApp bir müddət əvvəl iOS istifadəçilərinin sevəcəyi Siri inteqrasiyasını bəzi istifadəçilər üçün aktiv etmişdi. Firma bu gün yayımladığı 2.17.21 yeniləməsi ilə Siri inteqrasiyasını rəsmi olaraq bütün istifadəçilərə təqdim etdi.
WhatsApp 2.17.21 ilə gələn Siri inteqrasiyasının köməyi ilə istifadəçilər son WhatsApp mesajlarını Siri-yə oxuda biləcəklər. Qeyd edək ki, bu özəllik ilk olaraq iMesage (Mesajlar) tətbiqində istifadəyə verilmişdi.
WhatsApp 2.17.21 ilə gələn yeniliklər:
Artıq Siri-dən ən son mesajlarınızı oxumağı istəyə bilərsiniz.
Axtarış bölməsində, Şəxs Məlumatları və Qrup Məlumatları ekranlarında vizual dəyişikliklər.
Yeniliklər ekranında birdən çox statusu bir dəfədə seçib yönləndirə və ya silə bilərsiniz.
128 MB böyüklüyündəki WhatsApp 2.17.21 yeniləməsini App Store-dan yükləyə bilərsiniz.