WhatsApp-a maraqla gözlənilən özəllik gəlir!

WhatsApp yanlış göndərilmiş mesajların ləğv edilməsini təmin edən özəllik üzərində çaılışır. Bəs səhvən göndərilən mesajlar necə silinəcək?
Məşhur mesajlaşma tətbiqi WhatsApp üçün ən çox gözlənilən özəlliklərdən biri yanlışlıqla və ya düzgün yazılmadan göndərilən mesajları ləğv edə bilmə özəlliyi idi. Yeni gələcək özəlliyin köməyi ilə artıq istənilən mesajı göndərən şəxs öz söhbətindən və eyni ilə də qarşı tərəfdən silə biləcək.

WhatsApp Beta-nın 2.17.184 versiyası ilə gələn özəllik bəzi xətalar səbəbi ilə bir sonrakı 2.17.185 versiyada ləğv edilmişdi. WhatsApp Beta-nın 2.17.184 versiyasını istifadə etsəniz bu özəlliyi asanlıqla test edə bilərsiniz.



Bu funksiya aktivləşdikdən sonra mesajı silmək üçün ikona toxunduqda ləğv et və sil seçimlərinə əlavə olaraq "geri çağır" seçimi də görüləcək. Mesajı göndərdikdən 5 dəqiqə sonraya qədər silmək mümkün olacaq. Bu özəllik hələki bütün istifadəçilər üçün aktiv edilməyib, ancaq WhatsApp yaxın zamanda bu maraqla gözlənilən özəlliyi istifadəyə verəcək.