Sosial media nəhəngi Twitter 19 sentyabrdan etibarən 140 simvolluq Tweetlər-də böyük bir dəyişiklik edəcək.
Twitterin ötən həftələrdə bildirdiyi və milyonlarla istifadəçinin da davamlı tənqid etdiyi 140 simvolluq Tweet limitinə böyük bir dəyişiklik ediləcək . Bu dəyişikliklə bərabər Twitter artıq Tweetlər-də fotoşəkil, GIF, video, anket və buna bənzər şeyləri simvol olaraq saymayacaq. Paylaşılan linklər də 140 simvol limiti içərisində olmayacaq . Dəyişiklik Twitter istifadəçiləri üçün linkli paylaşım edən media və ticarət təşkilatları üçün böyük bir üstünlük oldu.
19 Sentyabrla birlikdə Twitterdən GƏLƏCƏK YENİLİKLƏR
• Media vizuallar, anket və əlavələr yerləşdirildikdə bu əlavələr artıq Tweet-in simvol limitinə daxil olmayacaq.
• Profil adı , yəni '@ istifadəçi adı' artıq 140 simvolun içində sayılmayacaq
• Əvvəlki Tweetlər üçün etdiyimiz əlavələr 140 simvol içində sayılmayacaq.
2016-cı ilin may ayında mövzuyla əlaqədar olaraq şərh edən Twitterin CEO-su Jack Dorsey 140 simvol limiti üçün həyacan hiss etdiyini ifadə edərək məmnuniyyətini dilə gətirmişdi.
Bugündən etibarən istifadəçilərə təqdim ediləcək yeniləmənin əvvəlcə Mobil və masaüstü komputerlərə , daha sonra tətbiqlərə gəlməsi gözlənilir.
Twitterin bu yeniliyinin məşhurluğunu olduqca artıracağı gözlənilir .
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .