Twitter-in CEO-su Jack Dorsey-in hesabı sındırıldı!

Qısa bir müddət əvvəl Mark Zuckerberg kimi şəxslərin profillərini sındıran OurMine qrupunun son qurbanı Twitter-in CEO-su Jack Dorsey oldu. Ötən həftələrdə Facebook-un CEO-su Mark Zuckerberg-in bir çox sosial şəbəkə hesabının sındırıldığı xəbərləri yayılmışdı. Mark Zuckerberg-in ardından isə bu hadisə Google-ın CEO-su Sundar Pichai və Oculus CEO-su Brendan İribe-nin başına gəlmişdi. Twitter-in QURUCUSUnun da hesabı sındırıldı ! Bu adlara son olaraq isə Twitter-in qurucusu və eyni zamanda CEO-su olan Jack Dorsey əlavə edildi.
"Təhlükəsizliyinizi TEST EDİRİK" Jack Dorsey-in (@Jack) 4 milyona yaxın izləyicisi olan Twitter hesabı OurMine adlı xaker qrupunun əlinə keçdi. Qısa müddətli olaraq hesabı əlində saxlayan qrup hesabdan bu tweet-i atdı: "Hey, OurMine yazır, təhlükəsizliyinizi test edirik." Qısa müddət ərzində geri qaytarılan hesabdan bu "tweet" dərhal qaldırıldı. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .