Twitter-də "sticker" dövrü başlayır!

Digər platformalardan bir addım öndə olmaq üçün davamlı özünü yeniləyən şirkətlər arasına Twitter də qatıldı. Ötən həftələrdə platformadakı 140 simvol sərhədini genişlədən, ötən günlərdə isə istifadəçilərin 140 saniyəlik videolar paylaşa biləcəyini bildirən Twitter indi isə daha bir yeniləmə ilə gəlir. "Sticker" əlavə edilə biləcək ! Populyar mikro bloq nəhənginin yeni xüsusiyyəti ilə istifadəçilərin Twitter-ə yüklədiyi şəkillərə "sticker"-lər əlavə etməsi mümkün olacaq. Sözü gedən xüsusiyyət isə önümüzdəki həftə Android və iOS platformasına təqdim ediləcək. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .