Boğaziçi Universitetinin Dosenti Burçin Ünlünün qrupuyla birlikdə ərsəyə gətirdiyi Foto-Akustik mikroskop sayəsində xəstəliklərə səslə diaqnoz qoyula biləcək!
Boğaziçi Universitetinin Dosenti Burçin Ünlü həmin universitetin tibb tələbələriylə yaratdığı qrupla birlikdə “Elmi Araşdırma Layihəsi” və “Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı” dəstəkli Foto-Akustik mikroskop yaratdılar. Bu mikroskop sayəsində xərçəng, şəkər, oynaq və əzələ xəstəliklərinin erkən diaqnozu "səslə" təmin ediləcək. Xərçəngli hüceyrələrin erkən diaqnozu sahəsində çox mühüm bir addım sayılan mikroskopla bağlı Burçin Ünlü belə bir açıqlama verib: "Biz lazer ilə istiliyi artıraraq toxumada səs dalğaları yaranmasını təmin edirik. Başqa sözl, işığı səsə çeviririk. İşığı toxumaya göndərdikdə işıq toxumada düz halda gedə bilmir və dağılır. Ancaq səs dalğası toxuma üzərində daha uzun məsafələr qət edə bilir. Buna görə də səsi istifadə etmək mikroskopda daha dərin nəticələr əldə etməyimizə imkan yaradır. Ayrıca olaraq hər hansı bir boyama və ya işarələməyə də gərək qalmır. Biz bu üsulla Türkiyədə bu sahədə çalışan tək və qabaqcıl qrup olaraq dünyada kimsənin istifadə etmədiyi xüsusi lazerlər istifadə edirik. Tamamilə yerli fiber lazerli foto-akustik mikroskop texnologiyası yaratmışıq”.
Mikroskopun harda istifadə ediləcəyi ilə bağlı dosent bu məlumlatı verdi: "Hər hansı bir yerimizə çimdik atıldığında səksənirik. Biz bioloji toxumalara, yəni normal və ya xərçəngli hüceyrələrə toxunuruq, çimdik atır və bir mənada bu toxumaları qışqırdırıq. Bildiyimiz kimi insan qulağı normal səsləri eşidə bilir, ancaq toxumaların və hüceyrələrin səsini eşitmək imkansızdır. Biz toxumanın səsini eşitmək üçün xüsusi bir mikroskop yaratdıq. Bu mikroskopda enerji göndərən bir lazer var. Lazeri göndərdiyimiz toxuma lazerin təsiri ilə ani istilik artımı ilə genişlənir və bu an bir səs dalğası yaranır. Yaranan bu səs dalğası ilə biz xərçəngli hüceyrə ilə xərçəngli olmayan hüceyrənin səsini eşitmək və ikisini bir-birindən ayırd etmək istəyirik.”
Bu texnologiyanı Türkiyədə yaradan ilk qrup olduqlarını vurğulayan Burçin Ünlü qeyd edib ki, bu çalışmanın qısa müddətdə “Nature Scientific Reports” jurnalında yayımlanmasını gözləyirik.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .