Toyota Prius Plug-in Hybrid 2017!

Toyota yeni elektriklə işləyən Prius Plug-in Hybrid 2017 modelini təqdim edir. Şirkət dünyada PHV (Plug-in Hybird Vehicle) texnologiyasını istifadəyə verən ilk avtomobil markasıdır. Birinci nəsil Prius Plug-in Hybrid istifadəçilərinin bütün mənfi rəylərini dəyərləndirən şirkət ikinci nəsil Prius Plug-in Hybrid modelinin daha mükəmməl, daha istifadəyə yararlı olacağını söz verir. Qabaqcadan bir neçə şəkil nümayiş olunsa da, satışların nə zaman başlayacağı haqqda dəqiq məlumat yoxdur.