Məşhur markalardan olan Lenovo-nun istehsal etdiyi ThinkPad X1 notebookları, çox isindiyinə görə bir çoxunun geri çağırılmasına səbəb olub. Belə ki, 2016-cı ilin dekabr və 2017-ci ilin oktyabr aralığında istehsal edilən bu model notebook yanma ehtimalı və cihaza zərər vermə baxımından şirkətə çoxlu şikayətlər daxil olub. Ümumi baxdıqda 78000 ədəd satılan bu model Kandada 5500 ədəd satılıb. Bu modelə sahib olan şəxslərin notebookları geri çağrıla bilər və bu hadisəyə diqqətlə yanaşmaq lazımdır.
ThinkPad X1-də yanğına və isinməsinə böyük vintlərin səbəb ola biləcəyini müəyyənləşdiriblər. Amerikada ThinkPad X1 haqqında şikayətlər şirkətə bildirilməyib. Yəni Amerikada, bu hadisə ilə bağlı şikayət olmuyub. 2017-ci ilin noyabrından sonra istehsal edilən notebooklarda belə bir problemin olmadığını şirkət təsdiqləyib. Şirkət bu problemlə bağlı 3 qlobal hesabat aparıb və bu problemin tezliklə aradan qaldırılacağını bildirib.
Hal-hazırda şirkət xüsusi bir sayt yaradaraq problemlərin orda həll olunduğunu bildirir. Notebookların seriya nömrələri ilə hansı cihazda həmin problemin olub olmadığını yoxlayırlar. Lenovo şirkəti əgər bu problemi aşkarlayarsa dərhal həmin cihazdan istifadəni dayandırmağı tələb edir. Hansı cihazda bu problem olarsa, həmin cihaz dərhal geri çağrılır.
Hər bir istehsal edilən ThinkPad X1 geri çağrılmır, sadəcə bu problem olan cihazlar geri çağrılır. Şirkət bu problemlə bağlı ABŞ İstehlakçı Məhsul Təhlükəsizliyi Komissiyasına(CPSC) xəbərdarlıq edib. Şirkət problemin bir neçə həftə ərzində problemin dəqiq bilinəcəyini bildirmişdir. Şirkət həmçinin, ABŞ İstehlakçı Məhsul Təhlükəsizliyi Komissiyasının(CPSC) qayda və qanunlarına riayət edəcəklərini bildirib.
ThinkPad X1 modeli bu problemi saymasaq çox gözəl modeldi. Bu problem Lenovo şirkəti üçün ləkə oldu. Ancaq Lenovo şirkəti bu kimi problemi tezliklə həll edəcəyini bildirib. Bu da müştəri məmnuniyyətinin yüksək səviyyədə olduğunu göstərir.