Yalnız 98 saniyədə qırılan təhlükəsizlik kamerası bu cihazlarla əlaqədar insanlarda yeni suallar meydana gətirəcək.
Errata Security-nin CEO-su Robert Graham 55 dollarlıq JideTech təhlükəsizlik kamerasını Raspberry Pi router ilə evinin şəbəkəsindən təcrid etdi. Grahamın Twitterdəki tweetlərinə görə təhlükəsizlik kamerası Mirai tərəfindən 98 saniyədə qırıldı.
Mirai telnet üzərindən hücum edərək təhlükəsizlik kameralarındakı DVR proqrama daxil olur və nəzarəti ələ alır. Mirai bir dəfə sistemə girdikdən sonra girişi təmin edən bu cihaz daha çox cihaza müdaxilə etmək üçün istifadə edilir.
Graham Christian Science Monitor tərəfindən tövsiyə edilən təhlükəsizlik tədbirinin -kameraların fabrikdə təyin edilmiş parolunu dəyişdirməyin işə yaramayacağını, çünki Mirai tərəfindən ələ keçirilən cihazların telnet parolları olduğunu və dəyişdirilə bilməyəcəyini söylədi.
Graham doğru tədbirin bu cihazları firewall-ın arxasında saxlamaq olduğunu açıqladı.