TP-LINK domenini itirdi !

Şəbəkə sistemləri şirkəti olan TP-LINK illərdir təqdim etdiyi professional xidməti ilə sahəsindəki qabaqcıl şirkətlərdən biridir. Ancaq, şirkət ötən günlərdə özünü gülünc vəziyyətə sala biləcək bir hadisəyə imza atdı. Öz sahəsində olduqca məşhur olan şirkətlərdən biri olan TP-LINK, ötən günlərdə professional şəxsiyyətinə kölgə salacaq bir hadisəyə imza atıb. Belə ki, məşhur şirkət istifadəçi məmnuniyyəti üçün şirkətə məxsus bir neçə internet saytı üzərindən modem quraşdırılması kimi əməliyyatlarda istifadəçilərə texniki dəstək göstərirdi.


Lakin,ötən günlərdə bu internet saytlarının domeninin istifadə müddəti bitməsinə baxmayaraq yenilənmədi. Kifayət qədər kiçik bir məbləğ olan əməliyyatın edilməmiş olması ağıllara şirkətin domeni yeniləməyi unutduğu düşüncəsini gətirdi. Əməliyyatın edilməməsinin səbəbi unutqanlıq olsa da, olmasa da TP-LINK artıq bu domen üzərindəki səlahiyyətini itirdi. Kimin tərəfindən alındığı bilinməyən domen isə pis niyyətli birinin əlinə keçməsi halında təhlükə yarada bilər. Əgər bir TP-LINK məhsulunuz varsa quraşdırma kimi əməliyyatlarda dəstək aldığınız internet saytına qarşı diqqətli olmağınızda fayda var. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .