Super Mario Run App Store-un tarixindəki ən uğurlu çıxışı etmə yolunda sürətli addımlarla irəliləyir. Apptopia-nın ifadə etdiyinə görə oyun təqdim edildiyi gün 2.85 milyon dəfə yükləndi .
Bu rəqəm ilk günündə 900 min dəfə yüklənən Pokemon Go oyununun böyük üstünlüklə geridə buraxıldığını göstərir. Onu da qeyd etmək lazımdır ki, Apptopia-nın statistikalarına görə Pokemon Go üçüncü gündə 5.6 milyon yüklənmə sayına çatmışdı.
Təbii ki, iki oyunu müqayisə etmək doğru sayılmaz. Super Mario Run ilk gündə 150 ölkəyə təqdim edilmişdi. Halbuki Pokemon Go ilk gündə yalnız üç ölkəyə təqdim edildi və pilləli olaraq dünya səviyyəsində yayıldı.
Pokemon Go App Store tarixində ilk bir həftə içində ən çox yüklənən oyun rekordunu əlində saxlayır. Ancaq bu rekord rəsmi olaraq Apple tərəfindən təsdiqlənmiş bir rekord deyil, çünki Apple oyunun ilk yeddi günündə nə qədər yükləndiyinə dair qəti bir rəqəmi heç bir zaman açıqlamadı. Hər iki oyun pulsuz olaraq yüklənə bilər ,ancaq Super Mario Run-ın hamısını oynaya bilmək üçün oyunun içindən ödəniş etmək lazımdır. Super Mario Run bu an üçün yalnız iOS üçün təqdim edilib, ancaq gələn il üçün Androidə də gəlməsi gözlənilir.
Apptopia Nintendonun mobil oyununun müvəffəqiyyətini çıxmadan əvvəl edilən sıx təqdimata bağlayır. Super Mario Run Apple-ın ən son fəaliyyətində səhnədə tanıdılmışdı. Oyunun App Store-da da sıx təqdimatı edilir.
Yeni oyununun bu qədər məşhur olması Nintendo üçün yaxşı bir inkişaf sayılır . Hədəf Mario-nun mobil versiyasını istifadə edərək şirkətin oyunlarını yeni bir kütləyə çatdırmaq, daha sonra da yaxın zamanda çıxacaq Switch oyun konsolu kimi daha ənənəvi Nintendo təcrübələrinə onları çəkə bilməkdir.