Süni zəka ilə xərçəng xəstəliyinə son qoyulacaq !
(GANS) adını alacaq süni zəka öyrənən maşınlar Texnologiyası ilə dünyadakı hadisələri və nəticələri araşdıracaq və getdikcə daha ağıllı hala gələcək , daha təsirli dərmanlar yaradacaq .
Alimlər süni zəka ilə fərqli xərçəng növlərinə qarşı daha təsirli dərmanlar istehsal edəcək üsulu tanıtdılar . Bəs süni zəka xərçəngli xəstələri necə müalicə edəcək ?
ABŞ-ın Baltimoreda yaradılan Pharmaceutical Artificial Intelligence (pharma.AI) qrupu xərçəng dərmanları istehsal edə biləcək bir süni zəkaya dair elmi məqalə nəşr etdilər.
Hələ praktikada tətbiq edilməməsinə baxmayaraq bu yeni süni zəka fərqli xərçəng növlərini müşahidə edildiyi xarakteristikasına görə araşdıraraq lazımi dərmanları daha effektiv bir şəkildə meydana gətirə biləcək.
Hər xəstəyə xüsusi fərqli dərman istehsal ediləcək
Yaş qrupu, irq, milliyyət kimi xüsusiyyətlərə görə fərqli xərçəng növləri ilə daha təsirli mübarizə aparmağa imkan verən bu "on demand" xərçəng dərmanları eyni zamanda xəstələr üzərində daha az əlavə təsirlər meydana gətirəcək.
Beləcə xərçəng xəstələrinin daha rahat və daha təsirli müalicə alması mümkün olacaq.
Generative Adversarial Networks (GANS) adını alacaq süni zəka öyrənən maşınlar Texnologiyası ilə dünyadakı hadisələri və nəticələri araşdıracaq və getdikcə daha ağıllı hala gələcək , daha təsirli dərmanlar yaradacaq .