Sony-nin heyranedici smartfon konsepti: Zeus!

Qırğız dizayner Steel Drake heyranedici konsept telefonları sırasına bir yenisini daha əlavə etdi: Sony Zeus. Qırğızıstanın dizayn dahilərindən olan Steel Drake hazırladığı futuristik konseptlər sayəsində çoxlu sayda izləyicisi olan bir dizaynerdir. Daha əvvəl iPhone 8 və Galaxy S8-in konsept işlərini yayımlayan dizayner smartfonlardan başqa avtomobillərlə bağlı gördüyü işlərlə də həmişə diqqətləri üzərinə toplamağı bacarır. Dizayner son olaraq isə Sony-nin smartfonu Zeus-un konsept təsvirlərini yayımladı.


Sony-nin klassikləşən OmniBalance dizayn anlayışından fərqli olaraq hər iki tərəfi qövslü bir model hazırlayan Drake cihazın ön qismin bütöv ekran olacaq şəkildə hazırlamışdır. 134,9×69,5×7,9mm ölçülərinə və cüt arxa kameraya sahib telefonun həqiqətən də heyranedici bir dizaynının olduğunu xüsusi vurğulayaq. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .