Google-dan sonra ən tez yeniləmə göndərməsi ilə diqqət çəkən Sony bu dəfə ən böyük rəqibini geridə qoydu! Bildiyimiz kimi Google-un ilk olaraq Pixel, Nexus və Android One cihazlarına göndərdiyi yeniləmənin ardından Samsung, Sony, Lg, HTC və başqa firmalar da öz telefonlarına görə düzəlişlər edərək yeniləməni istifadəçilərinə təklif edirdi. Bu mövzuda ən diqqət çəkən firma və çoxdan Android 7.0 Nougat-ı paylamış olan Sony isə yeniləmə yarışında Google-u belə keçdi.
Xperia XZ və Xperia X Performance, Xperia X və Xperia X Compact modellərinə dünən göndərilməyə başlanan yeniləmə Fevral 2017 təhlükəsizlik paketi təqdim edərkən, bu yeniləməni hələ Google-un Pixel və Nexus cihazlarına göndərməmiş olması ilə yeniləmə mövzusunda Sony artıq Google-u da keçmiş oldu.
Xperia Z ailəsindən bəri daima yeniləmə göndərən və ən önəmlisi yeniləmə dəstəyində köhnə cihazlarını unutmayan Sony’nin əzmi Google-u belə keçməsi ilə pik nöqtəyə çatdı.