Təzəliklə yeni modellərini təqdim edən Sony, rəsmi olaraq XZ2 Premium modelini təqdim etdi. Şirkətin təqdim etdiyi modeldə dizayn cəhətdən dəyişiklik yoxdur. Ön hissədən əvvəlki modellərə bənzəyir, lakin bu ildən tətbiq etdiyi oval dizayn bu modeldə də istifadə olunub. Yeni modeldə ən böyük dəyişiklik kamera sahəsində olub. Belə ki, şirkət telefonda arxa hissəyə 19MP və 12MP kameraları yerləşdirib.
XZ2 Premium modelində “AUBE fusion image signal processor” özəlliyi ilə hər iki kamera sensoru əldə etdiyi məlumatları birləşdirərək az işıqda daha yaxşı şəkil və ya səs-küylü yerlərdəki səsi azaldaraq daha yaxşı video təqdim edə bilir. Yəni bu özəlliklə daha keyfiyyətli işlər əldə etmək olar. Həmçinin XZ2 Premium modeli, şəkillərdə maksimum İSO 51200, videolarda isə İSO 12800 dəyərlərinə qədər qalxa bilir. Yeni kamerada Bokeh moduda var( şəkildə arxa hissənin bulanıqlaşdırılması). 1080P-də 960fps ağır çəkimdə var. S9-da 720P-də 960fps çəkilişə malikdir. Yəni bu sahədə Sony, Samsungdan üstündür.
XZ2 Premium texniki xüsusiyyətləri aşağıdakı kimidir.
Snapdragon 845 prosessor
5.8 düym 4K HDR ekran, Full HD+ (1080x2160)
6 GB Ram
Arxa kamera- rəng sensorlu 19 MP və təkrəngli (monochrome) 12 MP-dir. Portret və qara-ağ çəkilişlər üçün xüsusi özəlliklər gələcək yeniləmələrlə təqdim ediləcək.
Qabaq kamera- 13 MP
Batareya 3540 mAh
Telefonun qiyməti 900$-1000$ arası dəyişəcək.