Uzun müddətdir istifadəçilər tərəfindən gələn tələbləri nəzərə alan Snapchat bəzi istifadəçilər üçün tərs xronoloji sıralama funksiyasını geri qaytardı. Tərs xronoloji düzülüş funksiyasının yaxın zamanda bütün istifadəçilər üçün də aktivləşdiriləcəyi deyilir.
Yeni funskiya sayəsində istifadəçilər ən sonuncu hekayələri görə biləcək. Beləliklə, siz dostlarınızın hal-hazırda harada olduğunu və nə etdiyini görə biləcəksiniz.
Lakin bu funksiya ilə bağlı problem ondadır ki, bu funkisya daha çox tez-tez Snapchat istifadə edən və hekayələr paylaşan insanları ən üstdə göstərir, lakin siz daha az hekayə paylaşan yaxın dostlarınızı daha üstdə görə bilmirsiniz. Snapchat-in əvvəlki versiyasında hekayələrdə alqoritmin köməkliyi ilə daha çox ünsiyyətdə olduğunuz yaxın dostlarınızı ən üstdə görə bilmək mümkün idi. Qeyd edək ki, alqoritmik ardıcıllıq bəzi sosial mediya platformalarının böyüməsinə təkan vermişdi. Nümunə kimi göstərə bilərik ki, həm İnstagram, həm də Twitter bu cür sıralamadan istifadə etdilər və İnstagram istifadəçilər arasında populyarlıq baxımından Snapchat-i üstələdi. Eyni zamanda, Snapchat də bu ardıcıllıqdan istifadə etdikdən sonra ötən ilin sonlarında aktivlik sayının artığını müşahidə etdi.
Alqoritmik yanaşma yeni istifadəçilər üçün son dərəcədə faydalı olsa da, uzun müddət Snapchat istifadə edən və daha çox yeniliklər görmək istəyən istifadəçilər tərəfindən narazlıqla qarşılanmışdı.
Hər halda, məşhur bir sosial mediya platforması olaraq bütün istifadəçiləri eyni zamanda məmnun etmək demək olar mümkün deyil. Buna görə də Snapchat daha çox sadiq istifadəçilərinə, yoxsa yeni istifadəçilərə istiqamətlənmiş addımlar atacağına dair düşünülmüş plan hazırlamalıdır. Yeniliyin sadəcə olaraq bir test, yoxsa bütün istifadəçiləri əhatə edəcək bir funksiya olduğu hələ ki, məlum deyil.
Əlavə olaraq qeyd edək ki, hal-hazırda məşhurların və markaların paylaşımları tətbiqin Discover bölməsində göstərilir ki, bu da hekayələr bölməsinin daha az “səs-küylü” olmasına şərait yaradır.