Telefonunuz əlinizdən düşsə və ekranı qırılsa o an iki seçim arasında qalırsınız: təmir etdirmək ya da telefonu dəyişdirmək.
California Universiteti Riverside-dakı kimyaçılar üçüncü seçim halına gələ biləcək bir texnologiya icad ediblər: Özünü bərpa edə bilən ekran materialı!
Tədqiqatçılar kəsiklər və cızıqlardan zərər çəkəndən sonra ekranın özünü bərpa etməsini bir neçə testdən keçiriblər. İkiyə ayrıldıqdan sonra özü-özünü bərpa edən materialın tədqiqatına rəhbərlik edən kimyaçı Chao Wang bərpa prosesinin 24 saatdan az bir müddətdə baş verdiyini söyləyib.
Normal ölçülərinin 50 qatına qədər uzana bilən bu material dartıla bilən polimer və ionik bir duzdan hazırlanılıb. Yüklü ionlar və qütb molekulları arasında olan qüvvə ion-dipol reaksiyası adı verilən bir əlaqəyə sahibdir. Bu material qırıldıqda və ya cızıldıqda ionlar və molekullar materialı bərpa etmək üçün bir-birinə yaxınlaşırlar.
G Flex kimi bəzi LG telefonların arxa qapaqlarında cızıqları özü bərpa edən oxşar bir materialdan istifadə edilir. Amma bu material elektrik keçiriciliyinə sahib deyil və bu səbəblə istehsalçılar onu ekranların hazırlanmasında istifadə edə bilməzlər.
Sonda isə Chao Wang bildirib ki, bu yeni texnologiya 2020-ci ilə qədər artıq istifadəyə verilmiş olacaq.