LG-nin Project Joan layihəsi ilə inkişaf etdirdiyi LG V30-u göstərən görüntülərə görə LG yeni cihazını slide dizaynda istehsal edəcək. Cihaz tamamilə müstəqil iki ekran ilə işləyəcək. Təbii ki, Lg V30 ilə gələcək bu yeni ekran texnologiyası V10 və V20-də olan kiçik sərt ekranlardan daha çox istifadə rahatlığı verəcək. İkinci ekran əsas ekranda daha çox sahə saxlamaq məqsədi ilə klaviatura vəzifəsini də daşıyacaq.
Aşağıda görəcəyiniz görüntüləri sənayenin ən güvənilən mənbələrindən biri olan Evan Blass (@evleaks) yayımlayıb. Mənbə "Layihənin hələ ki, bu istiqamətə yönlənib-yönlənməyəcəyi dəqiq deyil" deyib və buna əsasən deyə bilərik ki, LG V30 görüntülərdəkindən daha fərqli bir dizaynda da ola bilər.